Bayden Türkiyə ilə bağlı Konqresə məktub göndərdi

Bayden Türkiyə ilə bağlı Konqresə məktub göndərdi

ABŞ Prezidenti Co Bayden Konqresin əsas komitələrinin rəhbərlərinə Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı məktub göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb.

“Məktubda Bayden Konqresi satışın gecikmədən təsdiqlənməyə çağırıb”, – mənbə bildirib.

Qeyd edək ki, dekabrın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Teqlər: