Bayden Trassın iqtisadi planını tənqid etdi

Bayden Trassın iqtisadi planını tənqid etdi

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Liz Trassın rəhbərlik etdiyi hökumətinin iqtisadiyyata dəstək planını yanlış adlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bunu səhv hesab edən tək mən deyildim”,- Bayden bildirib.

Amerika lideri Trassın təşəbbüsünün nəticəsinin proqnozlaşdırıla bilən olduğunu bildirib və onunla razılaşmadığını vurğulayıb.

Qeyd edək ki, Trassın başçılıq etdiyi Britaniya hökuməti iqtisadiyyatı dəstəkləmək üçün yeni planla bağlı tənqidlərlə üzləşib. Planı parlamentdə maliyyə naziri Kvazi Kvartenq təqdim edib və vergilərin geniş şəkildə azaldılmasına çağırıb. Bundan sonra Britaniyanın beşillik dövlət istiqrazlarının gəlirliliyi 2008-ci ildən bəri maksimum 4,6% səviyyəsinə yüksəlib ki, bu da qiymətli borc kağızlarına tələbin azalması deməkdir. Bununla əlaqədar olaraq funtsterlinq kəskin ucuzlaşıb və bir funt 1,054 dollarla tarixi minimuma düşüb. Cümə günü Kvartenq Trassın tələbi ilə istefa verib. Bundan sonra Britaniya hökuməti Ceremi Hantın bu vəzifəyə təyin olunduğunu açıqlayıb.

Teqlər: