Bayden təyyarəyə qalxarkən yenə büdrədi – Video

Bayden təyyarəyə qalxarkən yenə büdrədi – Video

ABŞ Prezidenti Co Bayden Varşava hava limanında təyyarəyə qalxarkən büdrəyib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Pilləkəndən qalxarkən büdrəyib və önə yıxılıb. O, dərhal qalxıb və qapıya tərəfi hərəkəti davam etdirib”, – deyə bildirilib.

Qeyd edək ki, bu, Baydenin təyyarəyə minərkən ilk yıxılması deyil. Bundan öncə də Ağ Ev rəhbəri bir neçə dəfə büdrəyib.

Teqlər: