Bayden Szinpinlə danışmaq üçün fürsət gözləyir

Bayden Szinpinlə danışmaq üçün fürsət gözləyir

Prezident Co Bayden Çin Sədri Si Szinpinlə daha bir telefon danışığı üçün fürsət gözləyir. Biz bunu lazımi vaxtda edəcəyik. Rabitə kanallarını açıq saxlamaq vacibdir.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Gərginlik yüksəkdir. Biz istərdik ki, bu münasibətlər daha da yaxşılaşsın. İki lider arasında söhbət üçün əlverişli məqam olanda bu baş tutacaq”, – Kirbi Ağ Evdə keçirilən brifinq zamanı deyib.

Teqlər: