Bayden Szinpinə görə təəssüfləndi

Bayden Szinpinə görə təəssüfləndi

ABŞ Prezidenti Co Bayden Çin lideri Si Szinpinin Hindistanda keçiriləcək G20 liderlərinin sammitində iştirak etməyəcəyindən məyus olduğunu bildirib, lakin əlavə edib ki, onu görəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Çox təəssüf edirəm, amma onunla görüşməyə hazırlaşıram”, – Bayden jurnalistlərə açıqlamasında bildirib.

“Röyters” qeyd edib ki, Bayden sentyabrın 7-10-da G-20 sammiti üçün Hindistana və daha sonra ABŞ-ın Asiyada əlaqələrini gücləndirmək üçün Vyetnama gedəcək.

Teqlər: