ABŞ prezidenti Co Bayden Asiya turu zamanı Şimali Koreyanın ata
biləcəyi addımlardan, o cümlədən mümkün nüvə sınağından narahat
olmadığını bildirib.
Trend “TASS”a
istinadən xəbər verir ki, Bayden əlavə edib ki, ABŞ Pxenyanın
atacağı istənilən addıma cavab verməyə qadirdir.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi
Ceyk Sallivan bəyan etmişdir ki, ABŞ Baydenin Asiyaya səfəri zamanı
KXDR tərəfindən təxribat, nüvə və ya raket sınaqları keçirməsini
istisna etmir.
ABŞ prezidenti cümə günü Cənubi Koreyaya üç günlük səfərə gəlib.
Şənbə günü Cənubi Koreya lideri Yoon Sok-yeol ilə görüş keçirilib,
ondan sonra birgə mətbuat konfransı keçirilib və tərəflər bəyanat
yayıblar.