Bayden silsilə terror hücumlarından sonra İsrailin baş naziri Bennettə kömək təklif edib

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennet
telefon danışığı zamanı İsraildə silsilə terror aktlarını müzakirə
ediblər.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat
yayıb.

Qeyd olunur ki, Bayden bu cür təhdidlərlə mübarizədə İsrail
tərəfinə yardım təklif edib.

“Prezident vurğulayıb ki, ABŞ terror təhlükəsi və bütün digər
təhdidlər qarşısında İsrail dövlətini dəstəkləyir. Prezident
İsrailli müttəfiqlərimizə öz vətəndaşlarına qarşı təhdidlərlə
qarşılaşdıqları üçün hər cür kömək təklif etdi”, – məlumatda
vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, iki ölkə liderləri regional
tərəfdaşlığın əhəmiyyətini müzakirə ediblər.

Teqlər: