Bayden Rusiyaya dollar ixracını, təkrar ixracını, satışını və tədarükünü qadağan edib

ABŞ Prezidenti Cozef Bayden Rusiyaya dollar ixracını, təkrar
ixracını, satışını və tədarükünü qadağan edən sərəncam
imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən
bildiriblər.

Sərəncam əsasən, “ABŞ-dan və ya amerikalı fiziki şəxslər
tərəfindən, harada olmasından asılı olmayaraq, Rusiya
Federasiyasının rəhbərliyinə və ya Rusiya ərazisində olan hər hansı
şəxsə birbaşa və ya dolayı yolla dollar əskinaslarının ixracını,
təkrar ixracını, satışı və ya tədarükü qadağan edilir”.