Bayden: Onu unutmamışıq, azadlığa çıxacaq!

Bayden: Onu unutmamışıq, azadlığa çıxacaq!

ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işlərini davam etdirir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Biz Polun azad edilməsi üçün yaxşı niyyətlə danışıqlara davam edəcəyik”, – o deyib

Qeyd edək ki, Rusiya həbsxanasında saxlanılan basketbolçu Britni Qrayner ABŞ-da həbsdə olan rusiyalı biznesmen, məşhur silah baronu Viktor But ilə dəyişdirilib.

Teqlər: