Bayden: Netanyahu ilə birgə işləməyə hazırıq!

Bayden: Netanyahu ilə birgə işləməyə hazırıq!

ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

“Mən Netanyahu ilə İsrailin və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm”, – Bayden qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə inteqrasiya, rifah və təhlükəsizliyi təmin etməyə çalışır.

Qeyd edək ki, Knesset (İsrail parlamenti) dekabrın 29-da “Likud” partiyasının lideri Benyamin Netanyahunun seçkilərdən sonra qurduğu hökumətə etimad göstərib. Siyasətçi artıq yeni Baş nazir kimi and içib.

Teqlər: