Bayden müttəfiqləri ilə danışıqlar aparacaq: Ukrayna məsələsi…

Bayden müttəfiqləri ilə danışıqlar aparacaq: Ukrayna məsələsi…

ABŞ Prezidenti Co Bayden G7, NATO və Avropa Birliyi liderləri ilə Ukraynaya gələcəkdə ediləcək dəstəklə bağlı danışıqlar aparacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Ukraynadakı münaqişənin lap əvvəlindən Qərb müttəfiqləri məhz bu formatda ünsiyyət qurub. ABŞ lideri isə hərbi əməliyyatların davam etməsi fonunda bu formatı canlandıraraq Ukraynaya dəstək məsələsində birliyi qorumağa çalışır”, – məlumatda qeyd olunub.

Teqlər: