Bayden məni ona görə təhqir etdi ki… – Putin

Bayden məni ona görə təhqir etdi ki… – Putin

ABŞ-ın Rusiya üçün tərcih edilən gələcək prezidenti ilə bağlı dediyim sözlərlə görə, Bayden məni təhqir etdi.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Kreml rəhbəri bildirib ki, Baydenin təhqiramiz sözləri onun haqlı fikrini təsdiqləyir:

“Siz bundan öncə ABŞ-ın Rusiya üçün tərcih edilən gələcək prezidenti barədə sual vermişdiniz. Dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, lakin Baydenlə işləmək bizim üçün münasibdir. Onun dediklərinə gəldikdə, mən tamamilə haqlıyam. Çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.

Teqlər: