Bayden ilk dəfə İsraili sərt şəkildə qınadı

Bayden ilk dəfə İsraili sərt şəkildə qınadı

ABŞ Prezidenti Co Bayden göstərilən dəstəyə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrail Baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

“Biz israillilərə aydın şəkildə başa saldıq ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onlar günahsız mülki şəxslərə zərər verməməli və onları öldürməməlidir”, – Bayden bildirib.

ABŞ prezidentinin bu addımı oktyabrda münaqişə başlayandan bəri ən kəskin tənqidi olub.

Bayden qeyd edib ki, Netanyahu Fələstin Administrasiyasının sülh prosesinə daxil edilməsinə razılıq verməlidir.

Teqlər: