Azərbaycanla bağlı bu addımları atmağa hazırıq – Paşinyan

Azərbaycanla bağlı bu addımları atmağa hazırıq – Paşinyan

Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu gün biz bu barədə çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik. İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Əminəm ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək”, – Paşinyan bildirib.

Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu əlaqəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır:

“Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə, cənub istiqamətində isə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yoldan söhbət gedir”.

Paşinyan şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib və bildirib ki, bununla Ermənistan şimalla cənub, şərqlə qərb arasında bir qovşağa çevrilə bilər.

Onun sözlərinə görə, İrəvan Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına da hazırlıq görür.

Teqlər: