Bayden gələn kimi Putin qoşun yığdı – Tramp

Bayden gələn kimi Putin qoşun yığdı – Tramp

Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyəm. Bu gün qarşınızda dayanaraq belə bir söz verə biləcək yeganə namizəd mənəm. Yaxınlaşan III Dünya müharibəsinə imkan verməyəcəm.

AzerTimes xəbər verir ki, bu sözləri prezident seçkisində iştirak etməyi planlaşdıran sabiq prezident Donald Tramp Texasda keçirdiyi ilk kampaniya mitinqində deyib.

Trampın sözlərinə görə, Putin Bayden ABŞ prezidenti vəzifəsinə gələndən qısa müddət sonra Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.

Tramp Ağ Evin indiki administrasiyasını Putinlə danışıqlara belə cəhd etməməkdə ittiham edib. O deyib ki, hazırkı hakimiyyət onu Ukraynada müharibəni bitirəcəyinə söz verdikdən sonra fəal şəkildə təqib etməyə başlayıb.

Teqlər: