ABŞ prezidenti Cozef Bayden Ukrayna ətrafındakı vəziyyəti
müzakirə etmək üçün fevralın 24-də G7 dövlət başçıları ilə onlayn
görüş keçirəcək.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlər üçün mütəmadi
brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Prezidenti Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti və
Almaniyanın bu il G7-yə sədrliyinin prioritetlərini müzakirə etmək
üçün cümə axşamı G7 ölkələrinin liderləri ilə virtual görüş
keçirərək”, – deyə C.Psaki bildirib.