Vaşinqtonun digər ölkələrlə, xüsusən də Çinlə rəqabətdə
mövqeyini gücləndirmək üçün texnoloji üstünlük əldə etməsi
lazımdır.
Trend xarici
KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co
Bayden “Lockheed Martin” şirkətinin Alabama ştatındakı zavodunun
işçiləri ilə görüşdə bildirib.
O, ABŞ-ın digər ölkələrlə, xüsusən də Çinlə rəqabət baxımından
texnoloji sahədə güclü mövqedə olmasını təmin etmək niyyətində
olduöunu vurğulayıb.
“35 il əvvəl ABŞ ÜDM-nin 2%-ni tədqiqat və inkişafa sərmayə
qoyurdu. İndi biz bunun yalnız yarısını yatırırıq. Administrasiyam
bu vəziyyəti düzəltməkdə qərarlırdı. ABŞ Konqresini ölkədə
yarımkeçirici istehsalının inkişafı üçün büdcədən 52 milyard dollar
vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini tezliklə qəbul
etməyə çağırıram”, – C. Bayden vurğulayıb.