Bayden Almaniyaya gəldi

Bayden Almaniyaya gəldi

ABŞ Prezidenti Co Bayden G7 ölkələrinin sammitində iştirak etmək üçün Münhenə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Məlumata görə, Bayden Münhendən helikopterlər sammitin keçiriləcəyi Elmau şəhərinə yollanıb.

Baydenin üçgünlük səfəri ərəfəsində ilk görüşü sabah Almaniya kansleri Olaf Şoltsla olacaq.

Qeyd edək ki, G7 – ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya dövlət başçıları Elmaudakı görüşdən sonra NATO-nun Madriddəki sammitinə yollanacaqlar.

Teqlər: