ABŞ Prezidenti Afrika İttifaqını G20-yə qoşulmağa dəvət edib.
AzerTimes xəbər verir ki, Co Bayden bu barədə Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində bildirib.
Qeyd edək ki, sammitdə Afrikanın 49 ölkəsindən dövlət və hökumət rəhbərləri, həmçinin Afrika İttifaqının nümayəndəsi iştirak edir. Üçgünlük sammitə beş ölkə dəvət edilməyib. Burkina-Faso, Qvineya, Mali və Sudanın dəvət edilmədiyini ABŞ həmin ölkələrdə dövlət çevrilişinin baş verməsi və Afrika İttifaqının hakimiyyətə gəlmiş rəhbərləri tanımadığı ilə izah edib. Eritreya ilə isə Vaşinqtonun tam şəkildə diplomatik münasibəti yoxdur.