Bayden ABŞ-ın müdafiə xərclərinə Konqresdən rekord məbləğ istəyəcək

ABŞ prezidenti Co Bayden Konqresdən 2023-cü ildə müdafiə
xərclərinə 770 milyard dollardan çox vəsait istəyə bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu rekord məbləğ
olacaq.

Bundan əvvəl ABŞ lideri 2022-ci il üçün müdafiə büdcəsini
təsdiqləyib. Onun məbləğini keçmiş prezident Donald Trampın
rəhbərlik etdiyi əvvəlki administrasiyanın təklifləri şərtləndirib:
ilkin mərhələdə söhbət 753 milyard dolların ayrılmasından gedirdi.
Sonrada Konqres bu məbləği 777,7 milyard dollaradək qaldırdı.


Müdafiə büdcəsinə ayrılacaq vəsaitin həcmi ilə bağlı danışıqlar
davam edir, ona görə də yekun rəqəm dəyişə bilər. Ehtimal olunur
ki, gəmiqayırma, kosmik, hava hücumundan müdafiə və nüvə
triadasının modernləşdirilməsi əsas xərc prioritetləri olacaq.