Bayden ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması qərarından peşman deyil

Əfqanıstandan qoşunlarımızın çıxarılması qərarından peşman deyiləm və yerli təhlükəsizlik qüvvələri indi öz ölkələri üçün təkbaşına mübarizə aparmalıdırlar.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

C.Bayden bildirib: “Onlar (Əfqanıstanın təhlükəsizlik qüvvələri – red.) özləri üçün, ölkələri üçün savaşmalıdırlar. ABŞ birbaşa hava dəstəyi verərək öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayır. Öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik, amma (Əfqanıstandan qoşunların çıxarılması – red.) qərarımdan peşman deyiləm”.

Dövtlə başçısı qeyd edib ki, ABŞ Əfqanıstan qüvvələrinə maddi dəstək, bütün lazımi avadanlıq və ərzaq verəcək: “Lakin onlar döyüşmək istəməlidirlər. Onlar sayca “Taliban”dan daha çoxdurlar”.