Bayden ABŞ hərbçilərinin Əfqanıstanda qalmağından narahatdır

ABŞ prezidenti Cozef Bayden “G7” ölkələrinin virtual zirvəsində Əfqanıstandan təxliyə müddətinin uzadılmasının ölkə ərazisində terror aktlarının törədilməsi təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev administrasiyasındakı mənbə bildirib.


Məlumata əsasən, Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını avqustun 31-dək başa çatdırmaq niyyətini təsdiqləyib, lakin bu müddətlərin uzadılmasının hələ də mümkün olduğunu vurğulayıb. Eyni zamanda qeyd edilir ki, amerikalı lider sammitdə həmkarlarına bildirib ki, ABŞ qoşunlarının ölkədə olması Əfqanıstan ərazisində terror aktlarının törədilməsi ilə nəticələnə bilər və bu risk gündən-günə artmaqdadır.