ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyası çərçivəsində Fələstin Prezidenti Mahmud Abbasla görüşməkdən imtina edib.
AzerTimes-ın məlumatına görə, bu barədə amerikalı və fələstinli mənbələrə istinadən “Axios” portalı bildirib.
Məlumata əsasən, M.Abbas BMT Baş Assambleyası üçün Nyu-Yorka getməyə qərar verməzdən əvvəl, C.Baydenlə görüş təşkil etməyə çalışıb. Lakin Ağ Ev C.Baydenin məşğul olduğunu əsas gətirərək Fələstin liderinin təklifini rədd edib və nəticədə M.Abbas ABŞ-a getməyib.
ABŞ Administrasiyasında C.Baydenin Nyu-Yorkda heç bir ikitərəfli görüş keçirməyəcəyini bildirməsinə baxmayaraq, o, lideri üç belə görüşdə iştirak edib.