“Bavariya” ikinci dəfə klublararası dünya çempionatının qalibi oldu

Almaniyanın “Bavariya” komandası klublararası dünya çempionatının finalında Meksikanın “Tigres” futbol klubunu 1:0 hesabı ilə məğlub etdi.

AzerTimes-ın məlumatına görə, görüş “Edyukeyşn Siti” stadionunda keçirilib. Bu stadion Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının səkkiz arenasından biri olacaq.


“Bavariya” ikinci dəfə klublararası dünya çempionatının qalibi olub.Münxen komandası ardıcıl altıncı kuboku qazandı.

Teqlər: