“Bavariya” futbol klubu karantina alına bilər

Almaniyanın “Bavariya” futbol klubunda dördüncü koronavirus yoluxma faktı aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sportschau” jurnalı xəbər verib.

Məlumata əsasən, yoluxan komandanın müdafiəçisi Benjamin Pavar olub. Bundan əvvəl klubun yarımmüdafiəçiləri Tomas Müller, Leon Goretska və Xavi Martines yoluxublar.

Münhen Səhiyyə Departamentinin Jurnal tərəfindən təqdim edilən açıqlamasına görə, qurumun komandanı karantina yerləşdirmək hüququ var.

Yoluxmuş futbolçularla təmasda olanların sayının müəyyənləşdirilməsindən sonra lazımi tədbirlər görüləcəkdir.

Teqlər: