Xəstəliyimi yüngül keçirdim.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Yazılanların hamısı qorxunc yalan idi. Sadəcə mən bunu ayaq üstdə keçirdim: qaçırdım, tullanırdım, hətta xokkey oynayıdım. Sonra anladım ki, ayaq üstdə keçirmək yaxşı deyil, çünki bərpa olunmaq uzun çəkir”, – Lukaşenko bildirib.
Qeyd edək ki, Lukaşenkonun ağır xəstə olduğu haqda məlumatlar yayılıb.