Batut gimnastikası üzrə Dünya Kubokunda sinxron cütlüklər arasında finalçılar müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya
Kuboku yarışları çərçivəsində kişilər və qadınlar arasında sinxron
cütlüklər arasında finalçılar müəyyənləşib.

AzerTimes-ın
məlumatına görə, qadınlar arasında sinxron cütlüklərdən finala
Belarusu təmsil edən gimnastlar Viktoriya Kuidan və Katerina
Yerşova (48,670 xal), rusiyalı idmançılar Meri Qolota və Aleksandra
Bonartseva (47,070 xal), Türkiyədən olan gimnastlar Sena Elçin
Karakaş və Sila Karakuş (44,750 xal), İsveç təmsilçiləri Tea
Lilyerut və Lina Syosberq (41,900 xal) çıxıblar.

kişilər arasında sinxron cütlüklərdən finala Belarus idmançıları
Andrey Builov və İvan Litvinoviç (52.630 xal), rusiyalı gimnastlar
Danila Kasimov və Kirill Kozlov (50.650 xal), Türkiyə təmsilçiləri
Gürkan Mutlu və Hüseyn Engin Yontucu (49.600 xal), Qazaxıstan
gimnastları İqor Qraçov və Roman Barkov (49,520 xal) Portuqaliyalı
idmançılar Dioqo Abreu və Pedro Ferreyra (48,700 xal), ABŞ
gimnastları Ceys Uilyams və Kodi Qesuelli (42,880 xal)
çıxıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: