Xəbər - Cani Babayeva – Trend:
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya
Kuboku yarışları çərçivəsində kişilər arasında fərdi proqramda
finançılar məlum olub.
AzerTimes-ın
məlumatına görə, finala Yana Lebedeva (Rusiya, 54, 660 xal),
Violetta Bardilovskaya (Belarus, 54,590 xal), İrina Kundius
(Rusiya, 53,960 xal), Selcan Maqsudova (Azərbaycan, 53,100 xal),
Katerina Yerşova (Belarus, 52,320 xal) Corciya Campyeri (İtaliya,
51,550 xal), Lina Syoberq (İsveç, 50,380 xal) və Maya Amano (ABŞ,
50,320 xal) çıxıblar.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya
kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki
yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni
qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü
təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci
təsnifat və final mərhələləri (kişilər və qadınlar)
keçiriləcək.
Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova
təmsil edir.