Batumidə güclü yanğın – Video

Batumidə güclü yanğın – Video

Gürcüstanın Batumi şəhərində yerləşən “Hopa” geyim bazarında güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, hadisə yerində bir neçə xilasetmə qrupu işləyir. Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.

Gürcüstanın “Rustavi-2” telekanalının məlumatına görə, avtomobil ehtiyat hissələri mağazası yanır.

İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği 100 min lari (təxminən 38 min dollar) təşkil edir.

Yanğının lokallaşdırıldığı bildirilir.

Qeyd edək ki, Batumidə dəniz sahilində ehtimal olunur ki, dalğanın gətirdiyi dəniz minası partlayıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Teqlər: