“Qızılqum”, “Görədil” və “Şüvəlan” sularında xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfərin həyatı xilas olunub.