Batabatın donmuş gölləri və qış mənzərəsi – Foto

Batabatın donmuş gölləri və qış mənzərəsi – Foto

Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarlarının ahəngidir.

Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.

AzerTimes xəbər verir ki, Report Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb.

Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 m yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür.

Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir.

Teqlər: