Başqırdıstanda yeni aksiya: toqquşma oldu – Video

Başqırdıstanda yeni aksiya: toqquşma oldu – Video

Başqırdıstanın paytaxtı Ufada etiraz aksiyaları başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, etirazçılar saxlanılanların aparıldığı karvanın qarşısını kəsməyə çalışıb. Buna cavab olaraq əraziyə yeridilmiş OMON etirazçıları uzaqlaşdırmağa çalışıb. Nəticəcə etirazçılarla OMON-çular arasında toqquşma baş verib.

Məlumata görə, etiraz aksiyasında iki mindən çox insan iştirak edib.

Qeyd edək ki, Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli nifrət yaratmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarından dərhal sonra Alçinovun minlərlə tərəfdarı etirazlara başlayıb.

Teqlər: