Türkiyənin Ukraynadakı müharibə ilə bağlı balanslaşdırılmış siyasəti bütün dünyada bəyənilib.
Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tənqidlərin arxasınca getsəydik, bu gün avropalılar kimi qarşıdan gələn qışdan necə sağ çıxacağımızı düşünməli olardıq. Lakin Ankara başqa yol seçib və bizim qazla bağlı problemimiz yoxdur”, – dövlət başçısı qeyd edib.