Baş Qərargah rəisi Rusiya Quru Qoşunları Baş Komandanının müavini ilə görüşüb

Martın 22-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının
sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının
Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan
Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası
məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti
müzakirə olunub.

Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə
müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan
ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər
barədə ətraflı fikir mübadiləsi aparıblar.

Teqlər: