Baş prokurorun Ağstafa rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyevin Ağstafa, Qazax və Tovuz rayon
sakinləri ilə aprelin 29-na nəzərdə tutulmuş qəbulunun vaxtı
dəyişdirilib.

Baş prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki,
qəbul aprelin 28-də saat 10:00-da Ağstafa rayon prokurorluğunun
inzibati binasında keçiriləcəkdir.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağstafa rayonuna
gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata
keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına
yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun
Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07
nömrəli telefonu və [email protected] elektron poçt ünvanı,
eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram,
facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla
bilərlər.

Teqlər: