Ağdamda 11-ci sinif şagirdi intihar edib

Ağdamda 17 yaşlı qız intihar edib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçoğlan
kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü Gültac Oruc qızı Əhmədova
yaşadığı evdə özünü asaraq intihar edib. G.Əhmədova Ağdam rayon
Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbinin 11-ci
sinifində oxuyub.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır

Teqlər: