Baş Prokurorluqdan “Tərtər işi” ilə bağlı açıqlama

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial
şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara
aydınlıq gətirib.

AzerTimes-ın məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsinin
rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv
cinayət işi davam etdirilir: “İş üzrə təqsirli olan bütün şəxslərin
məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət
işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178
nəfərə işgəncə verilməsi müəyyən olunub.

4 nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs
qətimkan tədbiri seçilib”,- N.Əvəzov deyib.

Teqlər: