Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində təlim başa çatıb

Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində
“Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən
cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə
dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda
təlim başa çatıb.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun
müraciəti əsasında TAIEX texniki yardım aləti çərçivəsində Avropa
Komissiyası tərəfindən “Yetkinlik yaşına çatmayan şəxslər
tərəfindən törədilən cinayətlərin qarşısının alınması
(prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə
edilməsinin xüsusiyyətləri” movzusunda 16-19 may 2022-ci il
tarixlərdə təşkil edilmiş ekspert missiyası başa çatmışdır.

Dəyirmi masa formatında təşkil olunmuş 4 günlük təlimdə Baş
Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və bir sıra
birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və
Ədliyyə nazirliklərinin nümayəndələri iştirak etmişlər.

İnteraktiv formada təşkil edilmiş təlim zamanı İspaniyadan olan
ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyed tərəfindən
təlimin mövzusu ətrafında çıxışlar və təqdimatlar edilərək Avropa
İttifaqının yuvenal ədliyyəsinin ümumi prinsipləri, bu sahədə
cinayət prosesinin istintaq texnikası, psixoloji cəhətləri və
məhkəmə icraatının xüsusiyyətləri, Avropa İttifaqı və BMT
çərçivəsində formalaşmış beynəlxalq-hüquqi baza, habelə Avropa
İnsan Hüquqları Məhkəməsinin yanaşma və standartları, yetkinlik
yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin qarşısının
alınması və sair mövzular barədə geniş məlumat verilmişdir.

Teqlər: