Baş Prokurorluq zorlamada təqsirləndirilən şəxsin bəraət hökmündən protest verdi

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il
tarixli hökmündən protest verib.

Baş Prokurorluqdan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilir
ki, Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə
Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə
rayon sakininə bəraət verilib.


Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası
ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli
bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin
edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də
Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest
verilib.

Teqlər: