Baş Prokurorluq “Tərtər işi” ilə bağlı KİV nümayəndələri və sosial media istifadəçilərinə xəbərdarlıq etdi

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.


Teqlər: