Baş Prokurorluq müraciətlərə baxılması qaydaları ilə bağlı məlumat yayıb (FOTO/VİDEO)

Baş Prokurorluq müraciətlərə baxılması qaydaları ilə bağlı ictimaiyyətə maarifləndirici video və fotolar təqdim edib

AzerTimes xəbər verir ki, ölkəmizdə dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması və haqlı tələblərinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlər prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaş məmnunluğunun təmin edilməsi üçün müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.

Tədbirlərin davamı olaraq, prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı vətəndaşların mütəmadi olaraq maarifləndirilməsinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən izahedici video və fotolar hazırlanaraq ictimailəşdirilir.

Hazırda təqdim olunan video və fotolarda prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı əsas detallar izah olunmuşdur.


Video və fotoları Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz

Teqlər: