Baş Prokurorluq Bakıda ana və azyaşlı övladının ölümü ilə bağlı müraciət etdi

Baş Prokurorluq Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın ölümü ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edib.

AzerTimes xəbər verir ki, müraciətdə deyilir: “Avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək qeyd olunan həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməklə Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsini tövsiyə edir”.

Teqlər: