Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb

Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib:

“Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməyib.

Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur”.

Teqlər: