Baş Prokurorluq Astara sakininin qanunsuz işdən çıxarılmasının qarşısını aldı (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Astara rayon sakininin işdən çıxarılması faktının qarşısını alıb.

Qurumdan AzerTimes-a verilən məlumata görə, rayonun Vənəşikəş kənd sakini Zülfüqarov Rahim Gülağa oğlu rayonun Sipiyəpart kənd tam orta məktəbinin direktoru tərəfindən qanunsuz olaraq işdən çıxarılacağı ilə hədələnməsi və digər qanunsuzluqlara yol verilməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Müraciət üzrə aparılmış araşdırma ilə Rahim Zülfüqarovun göstərdiyi xüsusatların bir qismi öz təsdiqini tapıb, lakin rayon prokurorluğunun vaxtında müdaxiləsi nəticəsində şikayətçi öz iş yerində qalıb.

Prokurorluğa müraciət edərək məmnun qalan Rahim Zülfüqarov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edir.


Qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Teqlər: