Daxili İşlər Nazirliyinin (DİN) rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydaları təsdiq edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.