Baş nazirdən AQTA-nın topladığı cərimələrlə bağlı qərar

Baş nazirdən AQTA-nın topladığı cərimələrlə bağlı qərar

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilib.

Report” xəbər verir ki, bununla bağlı qaydanı Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qərar əsasən, vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır. Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) Agentliyin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

Vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

işçilərə maddi yardım göstərilməsi.

Vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

malların (işlərin və xidmətlərin) alınması;

qeyri-maliyyə aktivlərinin alınması;

maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.

Agentliyin işçilərinin mükafatlandırılması qaydası da müəyyənləşib. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;

rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin sədri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.

İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və maddi yardım göstərilməsi Agentliyin sədr müavininin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.

Vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Teqlər: