Baş nazir yeni hökumətə rəhbərlik etmək üçün istefa verdi

Baş nazir yeni hökumətə rəhbərlik etmək üçün istefa verdi

Estoniya Baş naziri Kaya Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, – məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaya Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.

Teqlər: