Baş nazir qınadı: Avropa Birliyi ləng hərəkət edir!

Baş nazir qınadı: Avropa Birliyi ləng hərəkət edir!

Brüssel enerji böhranı ilə bağlı vəziyyətdə kifayət qədər sürətli hərəkət etmir.

AzerTimes xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.

O bildirib ki, hazırda bütün Avropa qiymət şoku yaşayır və mövcud mübarizə üsulları yetərli deyil.

Baş nazirin sözlərinə görə, bu vəziyyətdə bir çox müəssisələr normal biznes planı tərtib edə, investisiyaları hesablaya bilmir, bəzi ev təsərrüfatları isə tamamilə yoxsulluq həddinə düşüb.

Baş nazir onu da vurğulayıb ki, Aİ-nin hazırkı vəziyyətdə tənzimləməsini adekvat adlandırmaq olmaz:

“Avropada hər kəs Avropa Komissiyasının çox ləng hərəkət etdiyi ilə razılaşır”.

Teqlər: