Baş nazir Monteneqro parlamentinin sədri ilə görüşdü – Foto

Baş nazir Monteneqro parlamentinin sədri ilə görüşdü – Foto

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.

Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Teqlər: