Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də
Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania
Al-Maşat ilə görüşüb.
Nazirlər Kabinetindən AzerTimes-a bildirilib ki, görüşdə Azərbaycan-Misir
dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu
inkişafından məmnunluq ifadə olundu.
Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası
Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes
forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər
sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından
əhəmiyyəti vurğulandı.
Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif
istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə
olundu.